Millimiz final mərhələsinə vəsiqə qazandı - Avropa Kuboku

9.06.2025 00:30 11
İdman
3x3 basketbol üzrə qadınlardan ibarət millimiz Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, komanda Avropa Kubokunun təsnifat mərhələsinin final oyununda Cənubi Kipr seçməsinə 21:18 hesabı ilə qalib gəlib.

Avropa Kubokunun final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.