Qadınlardan ibarət 3×3 basketbol millimiz Avropa kubokunun təsnifat mərhələsində yarımfinal oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, yığmamız Kosovoda təşkil edilən turnirdə Maltaya 21:11 hesabı ilə qalib gəlib. Komanda bu qələbə sayəsində təsnifat mərhələsinin finalına vəsiqə qazanıb.
Avropa kuboku
Təsnifat mərhələsi, yarımfinal
Azərbaycan - Malta 21:11
Qeyd edək ki, basketbolçularımız təsnifat mərhələsinin qrup oyununda Kosovo millisinə 22:10 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdı.