Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunun final mərhələsinə vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində komandamız finalda Kiprlə qarşılaşıb. Yarımfinalda Maltanı 15:10 hesabı ilə qalib gələn millimiz finalda da uğurlu çıxışını davam etdirib. Həlledici oyunda basktbolçularımız Kiprə 21:12 hesabı ilə qalib gəliblər.