Vüsal İsgəndərli oynadı, komandası liderliyə yüksəldi

23.11.2023 21:10 249
Ölkə futbolu / Manşet
Albaniya çempionatında 13-cü turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Eqnatiya” lider "Partizani”ni qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 1:1.

Azərbaycanlı forvard görüşə 23-cü dəqiqədə daxil olub. O, 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eqnatiya" 27 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Partizani" isə eyni xalla 2-ci pillədə qərarlaşıb.