Məhəmməd Salah İngiltərə karyerasında növbəti uğura imza atıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un lideri bu ölkədə mükafatlar kolleksiyasını bir qədər də artırıb.
Misirli vinger Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyasına əsasən, 2025-ci ilin ən yaxşı oyunçusu üçün ayrılan mükafatı qazanıb. “Squawka” statistika portalının məlumatına görə, o, bununla da yeni uğura imza atıb. Məhəmməd İngiltərə çempionatı tarixində bir mövsümdə 5 fərdi futbol mükafatını qazanan ilk futbolçu olub.
Xatırladaq ki, Salah 2024/25 mövsümünün sonunda İngiltərə premyer-liqasının “Qızıl buts”unu, premyer-liqanın ən yaxşı pleymeykeri üçün təsis olunan mükafatı qazanıb, bu liqada ilin oyunçusu, Futbol Jurnalistləri Assosiasiyasının və PFA-nın versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.