Kişi voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22.15-də start götürəcək.
Qeyd edək ki, yığmamız avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.