Kişi voleybolçulardan ibarət millimiz növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində ilk ev matçına çıxıb.
Fərid Cəlalovun yetirmələri Belçika ilə üz-üzə gəlib. Avstriya səfərində 0:3 hesabı ilə uduzan voleybolçularımız bu dəfə də uğursuz çıxış ediblər. Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, seçmə mərhələnin qrup qalibləri və ən yaxşı nəticəyə malik beş ikinci yer sahibi final mərhələsinə yüksələcək.