Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək

21.11.2024 10:52 328
İdman
Kişi basketbolçulardan ibarət millimiz dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gələcək.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.

İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul