London klubuna gərək olmadı

11.08.2025 15:30 9
Dünya futbolu
“Çelsi” hücumçu Armando Broyanı satıb.

Paytaxt klubunun mətbuat xidmətinin məlumatına görə, 23 yaşlı hücumçu “Bernli”yə keçib. İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, “Çelsi” bu transferdən 20 milyon sterlinq qazanıb.

Broya ötən mövsüm icarə əsasında “Everton”da və “Fulhem”də oynayıb.