“Qarabağ” mövsüm ərzində 27 dəqiqə oynayan futbolçunu transfer edib

6.08.2025 11:55 399
Aktual / Ölkə futbolu
"Qarabağ"ın növbəti transferi haqda xəbər vermişdik. Ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Conatan Montielin keçidi açıqlanıb.

Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı qarşısına hədəf qoyan “köhlən atlar” universallığı ilə seçilən sol vinger transfer edib. Lakin futbolçu oyun praktikasının azlığı ilə bağlı problem yaşayır. Belə ki, ötən mövsüm cəmi bir oyunda 27 dəqiqə meydanda olub.

Montiel karyerası ərzində 221 oyunda 21 qol vurub, 18 qolun ötürməsini verib.

MÜZƏFFƏR QULUZADƏ