21 yaşlı rusiyalı futbolçu İstanbul nəhənginə adaptasiya olunmağa başlayınca səviyyəsini hər ötən oyunda artırır. Batrakov ''Barselona''nın ardından ''Lill''ə də qol vurmaqla diqqətləri üzərinə çəkdi. PSJ və bəzi İngiltərə təmsilçiləri onu diqqətlə təqib edir. Əslində Batrakovun Rusiyadan birbaşa Avropa nəhənginə transferi siyasi səbəblər üzündən baş tutmadı. Həmin klublar ''Qalatasaray''dan isə bu istedadlı futbolçunu 50-55 milyon avroya rahat şəkildə transfer edə bilər.
Onu da bildirək ki, Batrakovun satışından əldə olunacaq məbləğin 15 faizi onun əvvəlki klubu ''Lokomotiv''ə çatacaq. ''Vest Hem'', ''Portsmut'', ''Sauthempton'', ''Tottenhem'' kimi klubları çalışdırmış 79 yaşlı Rednapp bunları deyib:
''Batrakovun ÇL-də vurduğu qolları izlədim. Həqiqətən də əla qollardı. Mükəmməl futbolçuya bənzəyir. Həqiqətən elədisə, 100 faiz premyer-liqada oynaya bilər. Amma düzünü desəm, onun oyunlarının hamısını izləməmişəm. Sadəcə insanların onun haqda səsləndirdiyi fikirlərə əsasən bu cür mülahizə yürüdürəm''.





