İlk matçdakı uğursuzluğun səbəblərini öyrənmək üçün artıq fəaliyyətini dayandırmış Azərbaycan Futzal Federasiyasının sabiq baş katibi Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Milli avqustun sonundan bəri təlim-məşq toplanışında idi. Uzun müddətdi bu oyunlara hazırlaşırdıq. Məqsəd oyunlarda layiqincə çıxış etmək idi. Bilindiyi kimi, futzalda rəhbərlik dəyişib. Bu idman növünə artıq AFFA-nın müvafiq departamenti rəhbərlik edir. Baş məşqçi Elvin Quliyevdi. Ümumiyyətlə, həm məşqçilər korpusu, həm də heyət bütünlüklə yerlilərdən qurulub. Düşünürəm ki, məğlubiyyətin əsas səbəbi təcrübəsizlik oldu. Komanda son vaxtlar oyun azlığından əziyyət çəkir. Yenə də millinin layiqli performans sərgilədiyini düşünürəm. Uşaqlar böyük hesabla uduzmadı. Millinin yeni rəhbərlik və məşqçilərlə birgə ilk oyunu idi. Ümid edirəm ki, milli cavab matçında daha inamlı, yaxşı oyun göstərəcək. Hadisələrin axarına səbrlə yanaşmaq lazımdı. Məncə, müsbət nəticələr qazanacağıq. Yerli məşqçilər bu məsələrə daha çox diqqət ayıracaq. Millimizə növbəti matçlarda uğurlar arzulayıram”.
Xatırladaq ki, yığma növbəti oyunu noyabrın 5-də doğma meydanda Çexiyaya qarşı keçirəcək, daha sonra fevralın 27-də səfərdə, martın 3-də isə evdə Latviya ilə üz-üzə gələcək.
KƏNAN BAHADIR





