Sami Mmaee "Qarabağ"da - rəsmi

17.07.2025 21:10 36
Ölkə futbolu
“Qarabağ” növbəti transferini reallaşdırdığını rəsmən elan edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Sami Mmaeeni heyətinə qatıb. Mmaee ilə 1 illik icarə müqaviləsi imzalanıb. 28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub. Mərakeş əsilli oyunçu karyerası ərzində 204 oyuna çıxaraq 12 qol vurub və 6 qolun ötürməsini edib. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geymiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, Ağdam təmsilçisi bunadək daha üç futbolçunu – Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuakunu ("Mafra", Portuqaliya) transfer edib.