Xatırladaq ki, portuqaliyalı ulduzun “Yunayted” karyerası məhz bu məşqçi ilə yaşadığı qalmaqaldan sonra başa çatmışdı. Portuqaliya yığmasının çalışdırıcısı Jorje Jezuş ilə yaşadığı qalmaqaldan 4 il öncə - 2022-nin oktyabrında Ronaldo İngiltərədə də bənzər “hoqqa vermişdi. O, ”Tottenhem” ilə oyunda sonradan meydana daxil olmaqdan imtina etmiş və komandadan kənarlaşdırılmışdı. Tərəflər yollarını ayrıldıqdan sonra Ronaldo yaxın dostu, britaniyalı aparıcı Pirs Morqana verdiyi müsahibədə həm “Yuanyted”, həm də Ten Haq barədə qalmaqallı fikirlər səsləndirmişdi.
Hazırda “Tvente”nin idman direkotu olan niderlandlı mütəxəssis bu hadisədən 4 il sonra yaşananlar barədə geniş açıqlama vermək qərarına gəlib. Onun Ronaldo haqda dediyi sözlər daha çox marağa səbəb olduğundan diqqəti məhz bu mövzuya yönəldirik:
“Ronaldo həm məni, həm də komandanı pis vəziyyətdə qoydu. Çünki onunla bağlı ciddi planlarımız var idi. Həmin yay “Yunayted”ə gəlməmişdən öncə mən Portuqaliyaya yollanaraq şəxsən Ronaldo ilə söhbət etmişdim. Sözsüz ki, o, tarixin ən yaxşı futbolçularından biridi. Ona böyük hörmətim var idi. Amma həmin vaxt bir məşqçi kimi rasional qərar verməli və mənə fayda verəcək futbolçularla yola davam etməli idim. Ronaldo ürəyi istəyəndə məşqi buraxırdı. Məşqdə iştirak etdikdə isə tam gücünü ortaya qoymurdu. Avqustda “Brentford”a 0:4 uduzduqdan sonra futbolçulara cəza olaraq stadionu 3 dövrə vurmağı tapşırdım. Ronaldo isə yalnız iki dövrə qaçdı. Ona düşündüklərimi açıq şəkildə deyirdim. Ronaldoya “komanda sənin üçün oynamağa hazırdı, amma sən lazımi məqamda lazımi yerdə olmalısan. Cərimə meydançasına lazımi anda daxil olmasan qol vura bilməyəcəksən” dedim. O, cərimə meydançasına vaxtında daxil olmaq iqtidarında deyildi. Ondan pressinqdə iştirak etməyi tələb etdiyim üçün tez yorulduğunu söyləmək düzgün deyil. Pressinqdə iştirak etmədən də lazımi mövqeyə qaça bilmirdi. Nə topla hərəkət edirdi, nə də topsuz. Çünki yetərli qədər məşq etmirdi və oyunlara düzgün hazırlaşmırdı. Hər top-komanda əsas ulduzu üçün lazımi şərait yaratmalıdı. Amma ulduz özü də komandaya işləməlidi”.
Təbii ki, Ronaldonun sağ əli Pirs Morqan Ten Haqın bu sözlərinə biganə qalmayıb. O, 56 yaşlı məşqçinin son olaraq “Bayer-04”də cəmi 62 gündən sonra qovulduğunu və hazırda Avropada heç bir top-kluba lazım olmadığını xatırladıb.





