“Olimpiakos” “Qarabağ”ın futbolçusunu bəyənmədi? – “Onun qayıdışından sonra...”

23.10.2026 16:59 144
Ölkə futbolu / Manşet
Xatırlayırsızsa, “Qarabağ”ın hücumçusu Əli İbrahimovun Pireydə - “Olimpiakos”un düşərgəsində baxışda olduğunu yazmışdıq.

Ağdamlıların akademiyasının əlaqələndiricisi Aftandil Hacıyev “Football-plus.az”a açıqlamasında 18 yaşlı hücumçunun Yunanıstana öz təşəbbüsü ilə yollandığını, indiyə qədər “köhlən atlar”la Pirey təmsilçisi arasında hansısa danışığın olmadığını bildirmişdi. O, həmçinin baxış müddətinin 1 həftə - 10 gün davam edəcəyini, yunanların Əlini heyətə cəlb etmək istəyəcəyi təqdirdə “Qarabağ”la danışıqlar aparacağını bildirmişdi.

Məsələnin nə yerdə qaldığını öyrənmək üçün yenidən Aftandil bəyə müraciət etdik. Klub rəsmisinin cavabı:

“Əli Yunanıstandan ölkəmizə qayıdıb. Hazırda klubumuzun düşərgəsindədi. Məşqlərə davam edir, oyunlara çıxır. “Olimpiakos”da təcrübə topladı. Onun qayıdışından sonra Pirey təmsilçisi bizlə əlaqə saxlamayıb”.

KƏNAN BAHADIR