“Qarabağ” bu həftə Misli premyer-liqasının 9-cu turunda yetərincə əhəmiyyətli sınaqdan üzüağ çıxmağa çalışacaq. Ağdamlılar “Sabah”ın meydanında keçirəcəyi qarşılaşmada yalnız qələbəni hədəfləyəcək.
Bu ərəfədə “köhlən atlar”ın iki zədəli futbolçusunun durumu haqda yeni xəbər var. Klubun mətbuat xidmətinin rəhbəri Anar Həsənovun “Football-plus.az”a verdiyi məlumata görə, Bəhlul Mustafazadə komanda ilə birgə məşqlərə start verib. Elvin Cəfərquliyev isə hələ ancaq fərdi məşqlərlə kifayətlənir. Onun yaşıl meydana nə vaxt qayıdacağı bəlli deyil.
Xatırladaq ki, bu ilin fevralından zədədən əziyyət çəkən Bəhlul ötən ay ikinci dəfə əməliyyat olunmuşdu. Elvin isə avqustdan bəri zədəlidi. Onun sağlamlığını tam bərpa edə bilməsi üçün üç ay vaxta ehtiyacı olduğu bildilir. Bugünlərdə sosial şəbəkələrdə özündə müdafiəçinin çəliklə gəzdiyini əks etdirən görüntülər yayılıb.
“Sabah” – “Qarabağ” oyunu avqustun 25-i, saat 18.00-da start götürəcək.
KƏNAN BAHADIR
Bəhlul qayıtdı, bəs Elvin hanı?! – “Sabah”la oyundan əvvəl “Qarabağ”da nə baş verir?
Ölkə futbolu / Manşet





