''Fənərbaxça'' bu göstəricidə ÇL-də sonuncu pillədədi

23.10.2026 14:56 36
Dünya futbolu
Çempionlar Liqasında liqa mərhələsinin 3-cü turu geridə qalıb. 18 ildən sonra ilk dəfə bu turnirin əsas mərhələsində oynamağa haqq qazanan İstanbul nəhəngi bu yay heyətini önəmli ulduzlarla gücləndirdi. Ancaq uğur qazanılması üçün qurulan bu heyət həm yaşlıdı, həm də az qaçır.

''Sarı-lacivərdlilər''in UEFA-nın iştirak ərizəsinə göndərdiyi heyətin orta yaş həddi 28,1-di. Bu baxımdan ''Fənər'' 36 komanda arasında ən yaşlı 35-ci komandadı və yalnız ''İnter''in heyəti daha ''qocadı''. Orta hesabla hər oyunda qət edilən məsafə baxımından isə vəziyyət daha da acınacaqlıdı. ''Fənərbaxça'' 3 turdan sonra hər oyuna orta hesabla 110 km məsafə qət edir və bu göstəricidə 36 komanda arasında sonuncu pillədədi!

Türkiyənin bu turnirdəki digər təmsilçisi ''Qalatasaray'' isə orta hesabla hər oyuna 114 km məsafə qət edərək 29-cu pillədə qərarlaşıb. Bu göstəricidə zirvədə ''Bude/Qlimt'' qərarlaşıb. Norveç təmsilçisi hər oyuna orta hesabla 123 km məsafə qət edir. Digər pillələrdə Dortmund ''Borussiya''sı (122) və ''Brügge'' (121) yer alır. 2-ci turda ''Bavariya''dan sürpriz şəkildə xal alan ''Vikinq'' 120 km ilə 5-ci pillədədi.

''Fənər''i darmadağın edən və qarşıdakı həftələrdə İstanbulda ''Qalatasaray''ın da qonağı olacaq ''Aston Villa'' isə hər oyuna orta hesabla 116 km qaçır.