Neymarın aqibəti müəyyənləşdi

2.07.2025 07:03 215
Dünya futbolu
“Santos” təcrübəli futbolçusu Neymarla müqaviləsi yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçu ilə müddəti 2025-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Müqavilədə əməkdaşlığın sonradan bir daha yenilənməsi variantı da qeyd olunub.

Neymar “Santos”un yetirməsidi. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə “Barselona”ya keçib. Forvard daha sonra PSJ və “Əl-Hilal”ın formasını geyib.

Neymar 2025-ci ilin yanvarında azad agent kimi “Santos”a qayıdıb. O, ümumilikdə komandanın heyətində bütün yarışlarda 237 matça çıxıb, 139 qol vurub və 69 məhsuldar ötürmə edib.