Hər oyun üçün 1,36 milyon dollar qazanıb!

27.07.2025 15:35 59
İdman
Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən hücumçu Ben Simmons son dörd mövsümdə cəmi 108 oyunda iştirak edib.

"Football-plus.az" xəbər verir ki, avstraliyalı basketbolçu bu müddət ərzində ümumilikdə 147,5 milyon dollar qazanıb. Beləliklə, o, son dörd mövsümdə hər oyun üçün orta hesabla 1,36 milyon dollar əldə edib.

2021/22: heç bir oyunda iştirak etməyib, lakin 34 milyon dollar qazanıb.
2022/23: 42 oyunda iştirak edib, 35,4 milyon dollar qazanıb.
2023/24: 15 oyunda iştirak edib, 37,8 milyon dollar qazanıb.
2024/25: 51 oyunda iştirak edib, 40,3 milyon dollar qazanıb.

Qeyd edək ki, Ben Simmons "Filadelfiya" (2016-22), "Bruklin" (2022-25) və "Los Anceles" (2025) komandalarında çıxış edib.

O, 2018-ci ildə "İlin ən yaxşı yeni oyunçusu" mükafatını qazanıb və üç dəfə MBA-nın ilin ən yaxşı oyunçularından ibarət rəmzi yığmasına seçilib. Həmçinin 2020 və 2021-ci illərdə ən yaxşı müdafiəçilərin siyahısında yer alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul