“Atletiko” heyətinə yeni oyunçu cəlb edib.
İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, Rumıniya millisinin qapıçısı Horatsiu Moldovanla 3,5 illik müqavilə imzalanıb. Buxarest “Rapid”indən Madrid klubuna keçən 26 yaşlı əlcək sahibi Rumıniya klubunun heyətində 113 oyun keçirib və 125 qol buraxıb.
O, qapısını 42 dəfə toxunulmaz saxlayıb.