“Qarabağ” və “Neftçi”ni tanıyıram” - “Aris”in baş məşqçisi

23.07.2025 17:54 22
Manşet / Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” “Aris”lə qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, qonaqların futbolçusu Fredrik Yensen oyunöncəsi mətbuat konfransında jurnalistlərin önünə çıxıb.

– Bizi maraqlı oyun gözləyir. Səbrsizliklə gözləyirik.

– Sabahkı oyundan nə gözləyirsən?
– Sabah meydandan qələbə ilə ayrılmaq istəyirik.

– Hazırlıq səviyyəsi nə dərəcədədi?
– Hər şey yaxşıdı. Sabah savaşmalı, qələbə qazanmalıyıq. Özümüzə inanırıq.

Daha sonra yunanların baş məşqçisi Marinos Uzunidis media önünə çıxaraq, jurnalistlərin suallarını cavablayıb.

– Bakıya birinci səfərim deyil. “Qəbələ”yə qarşı da oynayanda gəlmişəm. Sabah bizi çətin oyun gözləyir. Rəqibi təhlil etmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Heyətlə bağlı qərar vermisiz?
– Demək olar ki, hazırdı. Bir neçə oyunçu ilə şəxsən danışmışam. Gec qoşulan futbolçular var. Təcrübəli futbolçulara şans veriləcək.

– Son dörd yoxlama oyununda bir qələbə qazanmısız. Bu sizi üçün təhlükəli siqnal deyil?
– Bu normal haldı.

– 2017-də də Azərbaycana gəldiyinizi dediz. O vaxtdan bu vaxta Azərbaycanda nə dəyişib? “Araz Naxçıvan”dan başqa hansısa klubun adını eşitmisiz?
– “Qarabağ”ı hər il görürük. “Neftçi”ni də tanıyıram. Klublarınızın səviyyəsi hər il artır.

– Özünüzü hansı komponentlərdə rəqibinizdən üstün hesab edirsiz?
– Təhlilimizi etmişik. Baş məşqçi yaxşı iş görüb. Rəqibimiz müdafiəni yaxşı yara bilir. Bizim də özümüzəmxüsus oyun tərzimiz var. Dominant oynamağa çalışırıq.

MÜZƏFFƏR QULUZADƏ