Football-plus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi matçın oynanılacağı “Bakcell Arena” təşkil edilən mətbuat konfransında bu fikirləri səsləndirib:
“Sabah bizi ağır oyun gözləyir. Təcrübəli və güclü komandaya qarşı oynayacağıq. Bunu başa düşürük. Ancaq yenə də qələbə qazanıb, cavab matçına üstün yollanmaq istəyirik. Komandada ab-hava çox yaxşıdı. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı görüşədi".



