"Qalib gəlmək mentalitetinə alışmalı və növbəti qələbələrimizi qazanmalıyıq" - Bəhlul Mustafazadə

21.03.2025 16:27 24
Ölkə futbolu / Manşet
Millimiz sabah beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Haitini qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, yığmamızın futbolçusu Bəhlul Mustafazadə oyunöncəsi mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablayıb.

- Bayram münasibətilə hər kəsi təbrik edirəm. Haiti millisi bizim üçün tanış rəqib deyil. Hazırlıq prosesi çərçivəsində bu komanda haqda bilgi almışıq. Ümid edirəm ki, maraqlı oyun keçirəcəyik.

- Komandada ab-hava necədi?
- Hər şey yaxşıdı. Komanda olaraq, qələbə qazanmaq istəyirik. Yaxşı hazırlıq prosesi keçmişik.

- Kollektivdə ilk dəfə milliyə çağırılan futbolçular da var. Onlar sizə uyğunlaşa bilib? Hazırlıq səviyyələri necədi?
- Çox istəyirlər ki, millimizi layiqincə təmsil etsinlər. Təcrübəli futbolçular onlara yardım edir.

- Sizinçün nəticə qazanmaq daha vacibdi, yoxsa rəsmi oyunlara yaxşı hazırlaşmaq?
- Hər ikisi çox vacibdi. Xüsusilə, qələbə qazanmaq. Qalib gəlmək mentalitetinə alışmalı və növbəti qələbələrimizi qazanmalıyıq.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 21.45-də başlayacaq.

KƏNAN BAHADIR