"Sumqayıt" Diasla yollarını ayırdı - rəsmi

23.07.2025 12:38 8
Ölkə futbolu
"Sumqayıt" futbolçusu Alan Diasla yolları ayrıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

"Gənclik şəhəri"nin təmsilçisi futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.