"Şamaxı"da növbəti ayrılıq

28.05.2025 19:55 13
Ölkə futbolu
"Şamaxı" futbolçusu Vasiliye Bakiçlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Bölgə təmsilçisi Bakiçə göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Şamaxı”nın aparıcı futbolçularından Brahim Konate və Leroy Mikels də komandadan ayrılıb.