Masaki Murata ilə “Sumqayıt” arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
“Football-plus.az” xəbər verir ki, tərəflər sözləşməni yeniləməyərək yolları ayırıblar. Klubun mətbuat xidməti isə yaponiyalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 24 yaşlı yarımmüdafiəçi 2022-ci ildən “kimyaçılar”ın heyətində çıxış edirdi. Masaki buna qədər isə “Valmyera” (Latviya), “Alzenau”, “Ginsheym” (hər ikisi Almaniya) komandalarının formasını geyib.