Məşhur futbolçu Argentinada oynayacaq

10.09.2024 17:32 157
Dünya futbolu
Bu yay “Ateltik”dən ayrılan İker Munyain karyerasını Argentinada davam etdirəcək.

İspaniya yığmasının sabiq oyunçusu “San Lorenso”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin sonuna qədər razılaşdırılan müqavilə imzalanıb.

İker “Atletik”in yetirməsidi. O, bu komandada 2009-cu ildən çıxış edirdi. Munyainin karyerası ərzində yalnız Bilbao klubunda oynadığını da qeyd edək.