"Qarabağ"ın futbolçusu milliyə cəlb edildi

22.05.2024 16:28 198
Dünya futbolu
Gürcüstan millisinin baş məşqçisi Villi Sanol Avropa çempionatı üçün heyəti açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, fransalı məşqçi "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilini də milliyə cəlb edib.

Qapıçılar: Giorgi Mamardaşvili, Giorgi Loria, Luka Quqeşaşvili;

Müdafiəçilər: Solomon Kvirkveliya, Giorgi Qvelesiani, Quram Kaşia, Cimi Tabidze, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Giorgi Qoçoleyişvili, Giorgi Tsitaişvili;

Yarımmüdafiəçilər:
Nika Kvekveskiri, Giorgi Çakvetadze, Anzor Mekvabişvili, Jaba Kankava, Otar Kiteişvili, Giorgi Koçoraşvili, Levan Şengelia, Sandro Altunaşvili, Saba Lobjanidze;

Hücumçular:
Budu Zivzivadze, Giorgi Mikutadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Kvilitaia

Əlavə edək ki, Gürcüstan millisi Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) ilə birlikdə F qrupunda mübarizə aparacaq.