O da Asiyaya üz tutacaq?

27.03.2025 10:51 25
Dünya futbolu
Andre Onana mövsümün sonunda klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı yayda Səudiyyə Ərəbistanına köçməyi planlaşdırır.

“The Sun” qəzetinin xəbərinə görə, kamerunlu futbolçu ilə Asiya ölkəsinin bir neçə klubu maraqlanır.

Bir müddət əvvəl MY-nin 28 yaşlı qapıçını satmağa hazır olduğu haqda xəbərlər yayılmışdı. Onana bu klubda 2023-cü ilin yayından çıxış edir.

Qapıçı bu mövsüm “Yunayted”də bütün yarışlarda 40 oyun keçirib, 53 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.