Cordan Hendersonun yeni iş yeri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi yenidən vətənində çıxış edəcək. “Ayaks”dan ayrılan Cordanın premyer-liqada oynayacağı məlum olub. Tanınmış insayder Fabritsio Romano 35 yaşlı futbolçunun “Brentford”la razılığa gəldiyini və tezliklə tərəflərin 2 illik müqavilə bağlayacağı haqda məlumat yayıb.
Qeyd edək ki, Henderson 12 illik “Liverpul” karyerasından sonra “Əl-İttifaq”a yollanmış, oradan isə “Ayaks”a keçmişdi.