“Real”ın oyunçuları qalmaqala səbəbkar olublar?

14.11.2026 19:35 0
Dünya futbolu
İspaniya çempionatının 10-cu turunda keçirilən “Valensiya” - “Real” matçında (0:3) qalmaqal baş verib.

"Football-plus.az" xəbər verir ki, hələ ilk hissədə meydanda baş verən insidentdən sonra komandalar arasında gərginlik yaranıb. “Valensiya”nın futbolçusu Maffeo ilə Mark Kukurelya arasında sərt toqquşma yaşanıb. Münaqişə komandalar fasiləyə yollanarkən daha da böyüyüb.

İddiaya görə, “Real”ın futbolçuları tuneldə rəqib komandanın üzvlərini təhqir ediblər. İnsident zamanı Cud Bellingemin stadionun təhlükəsizlik əməkdaşlarından birinə zərbə endirdiyi, Antonio Rüdigerin isə digər stüarda şillə vurduğu iddia olunur.

Zərərçəkənlər hakim Fransisko Ernandes Maesoya müraciət edərək baş verənlər barədə məlumat veriblər. Lakin jurnalist Naço Sançesin iddiasına əsasən, hakim bu hadisələri matçın protokoluna daxil etməyib.