İker Kasilyas qeyri-adi qərarıyla moxlarını təəccübləndirib.
"Football-plus.az" xəbər verir ki, o, oğullarını “Real”ın akademiyasından çıxarıb. Buna səbəb onun böyük oğlu Martinin oyun vaxtının azalmasıdı.
Məlumata görə, hər ikisi qapıçı olan 12 yaşlı Martin və 10 yaşlı qardaşı Lukas iki mövsüm çıxış etdikləri “La Fabrika” akademiyasını tərk ediblər. Martinin öz yaş qrupunun əsas komandasına daxil edilməməsi və ABŞ-nin Orlando şəhərində keçirilən turnirə aparılmaması Kasilyasın bu qərarı verməsinə səbəb olub.
Xatırladaq ki, İker 1999-2015-ci illərdə “Real”ın qaısını qoruyub.
Kasilyasdan qeyri-adi qərar
Dünya futbolu




