Neymar futboldan nə vaxt gedəcək?

14.11.2026 17:52 0
Dünya futbolu
Neymar futbolçu karyerasının sonu ilə bağlı sualı cavablayıb.

"Football-plus.az" xəbər verir ki, “Santos”un hücumçusu yaşıl meydandakı çıxışını 2030-cu ildə başa vurmağı planlaşdırır. 34 yaşlı braziliyalı futbolçu karyerasını bitirdikdən sonra Xerard Pike tərəfindən yaradılan “Kings League” media futbol liqasında çıxış etmək istədiyini və bunu 2030-cu il üçün planlaşdırdığını vurğulayıb.

Neymarın “Santos”la müqaviləsinin müddəti 2026-cı ilin dekabrında başa çatacaq. O, bu il bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.