Yığma komandamız minimalhesablı qələbə qazansa da, qaçırılan imkanlar etirazlara səbəb olub. Belə ki, rəqib qapısına 29 zərbə vuran Azərbaycan millisi cəmi 1 dəfə fərqlənə bilib. Hələ matçın sonunda da vaxtı uzatmışıq ki, qələbə qazanaq. Lakin bu 3 xal, sadəcə, qrup liderliyini rəsmiləşdirdi. Onsuz da yeni reqlamentə əsasən növbəti ildən D liqası ləğv olunur, əsas məqsəd AÇ-nin seçmə mərhələsinin pley-offuna vəsiqə qazanmaq idi. Bu səbəbdən millimiz liqada ən çox xalı toplamalı, qiyabi mübarizədə əsas rəqibi hesab olunan Maltanı üstələməliydi.
İlk görüşlərdə Litva və Lixteynşteynə qarşı xal itirmiş ola bilərik. Amma növbəti matçlarda daha böyük top fərqini hədəfləmək lazım idi ki, Malta ilə xalımız bərabər olarsa, onları üstələyə bilək. Artıq bu baş verməyəcək. Malta heç-heçə etsə belə, pley-off mərhələsinə vəsiqə qazanacaq.
Bəs dünən yığmamızın oyununda nə çatdı və nə çatmadı? “Football-plus.az” bu suallara cavab tapmaq üçün Arif Əsədovla əlaqə saxlayıb:
“İlk növbədə millimizi təbrik etmək istəyirəm. Qarşıya qoyulan əsas məqsəd qələbə qazanaraq qrupda ilk pilləni tutmaq idi. Komanda bunun öhdəsindən gəldi. Oyunu iki hissəyə bölmək olar. İlk yarıda millimiz ərazi üstünlüyünə malik idi, qol imkanları yaradırdı. Lakin fürsətlərdən yalnız birində fərqlənə bildi. Bir qolumuz qeydə alınmadı, digərini isə hakimlər hesaba aldı və fasiləyə minimal üstünlüklə yollandıq.
İkinci hissədə də ərazi üstünlüyü komandamızda olsa da, qol imkanlarından yararlana bilməməyimiz rəqibə əlavə inam verirdi. Lixtenşteyn də zaman-zaman əks-hücumlarla təhlükə yaratmağa çalışırdı. Artıq bu mərhələdə gözəl oyundan daha çox nəticə ön plana çıxdı. Millimiz hesabı qoruyaraq üç xalı qazandı və qrup liderliyini təmin etdi.
Ümumilikdə əsas çatışmazlıq qol imkanlarından istifadə edə bilməməyimizdi. Uzun müddətdi bu problemlə üzləşirik. Burda fərdi ustalıq ön plana çıxır. Futbolçular son anda soyuqqanlı davranmalı və yaratdıqları fürsətləri qola çevirməlidilər. Taktiki baxımdan isə millimiz istədiyinə nail oldu. Əsas məsələ üç xal idi və komanda bunu bacardı.
Komandamızda, xüsusən də bəzi futbolçularda oyun praktikasının azlığı hiss olunur. Daim meydana çıxan futbolçuların vəziyyəti isə fərqlidi. Məsələn, Mahir Emreli son vaxtlar yaxşı formadadı. Bunun əsas səbəblərindən biri klubunda müntəzəm oynaması, 90 dəqiqə meydanda qalmasıdı. Aleksey İsayev də yaxşı formada görünür. Bunlar vacib amillərdi. Futbolçuların klublarında mütəmadi oynaması millinin çıxışına da müsbət təsir göstərir.
Növbəti oyunumuz Andorraya qarşı olacaq. Baş məşqçi Ayxan Abbasov heyətə bir neçə gənc futbolçu cəlb edib. Düşünürəm ki, bu addım həm gələcək millinin formalaşdırılması, həm də gənclərin əsas komandaya qazandırılması baxımından əhəmiyyətlidi. Yəqin ki, onlara da şans veriləcək”.

İSRAYIL XEYRULLAYEV