Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov saytımıza verdiyi açıqlamada stadion “İmişli”nin mülkiyyətinə keçəcəyi halda, təmirə başlaya biləcəklərini dedi. Bu açıqlamanın sətiraltı mənası belədi ki, təmir üçün pul var, amma stadion bizim deyil. Aqşin bəy həmçinin stadionun MKT Şirkətlər Qrupunun mülkiyyətində olduğunu dedi.
Məlumdu ki, İmişli şəhər stadionunda “İmişli” ilə yanaşı, 2-ci liqa təmsilçisi “Kür-Araz” da oynayır. Biz də “Kür-Araz”ın prezidenti Mirheydər Səfiyevlə danışdıq, “İmişli”nin stadiona yiyələnə bilməməsinin səbəbini soruşduq:
“Stadion ancaq MKT-yə aiddi. Burda başqa heç kimin əli yoxdu. Ola bilər ki, MKT Şirkətlər Qrupu ilə “İmişli” arasında danışıqlar olsun. Bu barədə heç nə deyə bilmərəm. Bu iki qurum arasında olan məsələdi. Bizə heç bir aidiyyatı yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ






