Ancaq bu ölkə klublarının praktikasında o qədər də geniş yayılmayıb. Məşqçilikdə saç-saqqal ağardan adamlar, xüsusən də SSRİ futbol məktəbinin məzmunları üçün çimərlik qumu üzərində məşq yenilik deyil. Hələ SSRİ çempionatı vaxtında “Neftçi”ni çalışdıran Ağasəlim Mircavadovun bununla bağlı fikrini öyrəndik:
“Hazırlıq dönəmində hər komandanın öz uslubu var. Bu da yaxşı üslubdu. Bizim vaxtımızda belə şərait yox idi. SSRİ vaxtında toplanış təxminən 90 gün olurdu. Çimərlik qumu üzərində məşq etmək də hazırlığın bir hissəsidi. Samir Abasovun komandanı belə məşq etdirməsi faydalıdı. Futbolçuların əzələləri hazırlanır, dayanıqlı olur. Biz ştanqlarla məşq edirdik. İndiki kimi fitnes zalları, qaçış alətləri, velosiped yox idi. Məşqçinin bunları etməsi yaxşı haldı. Mən hələ hovuzda da məşq etdirirdim - qarın və ayaq əzələlərinin inkişafı üçün. Son dönəmlərdə “Xəzər Lənkəran”da da işləyəndə bunları etmişəm”.
MÜZƏFFƏR QULUZADƏ





