Bu gün Ukrayna çempionatında 9-cu turun son oyunu keçirilib.
“Xarkov” evdə “Levıy Bereq”ə qalib gəlməklə turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Xarkovlulara qələbə (2:1) gətirən qolu 63-cü dəqiqədə soydaşımız Ramik Hacıyev vurub. Azərbaycanlı yarımmüdafiəçi cari mövsümdə 2-ci dəfə fərqlənib. O, start heyətində yer alıb və 81-ci dəqiqədə əvəzlənib.
18 xala malik “Xarkov” hazırda turnir cədvəlində yalnız “Şaxtyor”la “Polesye”dən geri qalır.
Azərbaycanlı futbolçu “Xarkov”u 3-cü pilləyə yüksəltdi!
Dünya futbolu





