“Qalatasaray”ın ulduzu və döyünən ürəyi Viktor Osimhen acı bir xəbər alıb.
Belə ki, nigeriyalı futbolçunun sevgilisi və bir uşağının anası Stefani Kim Ladeviq maşını ilə qəzaya düşüb. Hadisə oktyabrın 13-də günorta saatlarında İstanbulun Eyüpsultan rayonunun Mithatpaşa məhəlləsində baş verib. 26 yaşlı bu xanımın idarə etdiyi “cip” əvvəlcə qarşısındakı maşına dəyib. Zərbənin təsirindən bu xanım idarəetməni itirdiyindən maşın bu dəfə qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edən başqa bir maşına çırpılıb. Xoşbəxtlikdən 3 maşının toqquşması ilə nəticələnən qəzada ciddi xəsarət alanlar olmayıb. Amma maşınlara müəyyən ziyan dəyib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım çağrılıb. Bu arada Osimhenin sevgilisinin 8 aylıq hamilə olduğu üzə çıxıb. Bu üzdən o, hər ehtimala qarşı müayinə üçün yaxınlıqdakı xəstəxanalardan birinə yollanıb. Səhhəti ilə bağlı heç bir problem aşkarlanmayan bu xanım elə həmin gün evə buraxılıb.
Almaniyanın paytaxtı Berlində doğulan Stefani Kim Ladeviq modelliklə məşğul olur. O, öz sosial şəbəkədəki səhifəsində moda və gözəllik sahəsinə dair məhsullar paylaşır. Osimhenin bu xanımdan 2022-ci ildə dünyaya göz açan Heyli adlı bir qızı var.
Osimhenin hamilə sevgilisi qəzaya düşdü
Dünya futbolu




