Alfaco Sisse İtaliya futbolu üçün avrokuboklarda yeni rekord müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın yarımmüdafiəçisi avrokubok matçında het-trik edən ən yeniyetmə italiyalı futbolçu olub. O, bunu Avropa Liqasının liqa mərhələsinin 2-ci turunun “Zaltsburq”a qarşı matçında (4:0) reallaşdırıb. Alfaco 19 yaş 358 günlüyündə het-trik etib.
Əvvəlki göstərici iki gün əvvəl “Brügge”nin hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, oktyabrın 14-də Çempionlar Liqasının “İnter”lə oyununda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.
Qeyd edək ki, Trezoldinin nəticəsinə qədərki rekord 1997/98 mövsümündə Çempionlar Liqasının “Monako” ilə yarımfinal matçında (4:1) üç qol vuran “Yuventus”un hücumçusu Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.
Del Pyeronun rekordunu “arxivə göndərdi”
Dünya futbolu




