Cüdoçularımız təlim-məşq toplanışına başladı

19.05.2025 14:58 3
İdman
Cüdo üzrə yığmamız dünya çempionatına hazırlığın son mərhələsinə qədəm qoyur.

"Football-plus.az" xəbər verir ki, bu gün idmançılarımız İspaniyanın Benidorm şəhərində təlim-məşq toplanışı başlayacaq.

Mayın 23-dək davam edəcək hazırlıq təlimlərində 20-dən çox ölkədən komanda iştirak edəcək. Gündə iki məşq, həmçinin sınaq sparrinqi keçiriləcək.

Yığmamızın məşqçilər korpusu təlim-məşq toplanışının nəticələrinə əsasən, iyunun 13-19-da Budapeştdə (Macarıstan) keçiriləcək dünya çempionatında mübarizə aparacaq heyətin adını açıqlayacaq.