Hakimlərin təlim-məşq toplanışı başladı

16.01.2025 19:12 305
Ölkə futbolu
Azərbaycanın 1-ci kateqoriyalı hakimləri üçün təlim-məşq toplanışına start verilib.

"Football-plus.az" xəbər verir ki, toplanış zamanı hər gün iki dərs və meydanda fiziki hazırlıq üzrə iki məşqin keçirilməsi nəzərdə tutulub.

“Liv Bona Dea Arena”da üç gün baş tutacaq hazırlığın son günündə hakimlərdən fiziki hazırlıq testi götürüləcək.