Misli premyer-liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.
"Football-plus.az" xəbər verir ki, Qəbələdə təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.
“Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.
Qeyd edək ki, “Neftçi” premyer-liqada növbəti matçını sentyabrın 16-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək.