Təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanan tovuzlular hələ də rəqib tapa bilməyib. Ən azı bu yöndə rəsmi açıqlama yoxdu.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Traktor”la oyun olacağı ilə bağlı paylaşım etsə də, hələ ki rəsmi heç nə yoxdu.
“Football-plus.az” klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxlayıb. Onun cavabı:
“Danışıqlar gedir, son detallar qalıb. Ən qısa zamanda yoxlama oyunu keçirəcəyimiz komandaların adlarını rəsmi şəkildə açıqlayacayıq”.
MÜZƏFFƏR QULUZADƏ






