“Real” artıq təxminən iki aydı qarşısına gələni devirir.
"Football-plus.az" xəbər verir ki, Madrid klubu bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb. Joze Mourinyonun komandası La Liqanın 13-cü turunda “Selta”nı 2:1 hesabı ilə məğlub edib.
“Real” bunadək İspaniya çempionatında 5, Çempionlar Liqasında isə 3 dəfə qalib gəlmişdi.
“Kral klubu” sonuncu dəfə belə uğurlu seriyaya 2022/23 mövsümünün əvvəlində nail olub. Onda Karlo Ançelottinin rəhbərlik etdiyi komanda da ardıcıl 9 qələbə qazanıb. 2021/2022 mövsümünün son matçını da nəzərə alsaq, madridlilərin seriyası 10 oyuna çatmışdı.
“Real”: 4 il əvvəlki kimi!
Dünya futbolu




