"Qarabağ" Misli premyer-liqasının 12-ci turunda səfərdə “Kəpəz"lə heç-heçə etdi - 0:0.
Oyundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi.
- Burda olan atmosferə görə hərkəsə təşəkkür edirəm. Sanki Avropada idik. Oyundan öncə də bu atmosferi hiss edirdik. Futbolçularımız sona kimi çalışdılar. Deyəcək əlavə bir söz yoxdu. Məğlub olmaq istəmirdik. Geriyə addım yoxdu. Rəqiblərin üzərinə getməliyik. Bizə qarşı istək həddindən artıq böyük olur. Bu da “Qarabağ”a olan dəyəri göstərir. Çempionatın gücünü get-gedə tam hiss etməyə başlamışıq. Bir daha göründü ki, daha yaxşı olmalıyıq.
- İkinci hissədə göstərilən təzyiq ilk yarıda göstərilmədi…
- Rəqibi hər zaman nəzərə almaq lazımdı. İlk hissədə rəqib istəkli olur. Həddindən artıq ağıllı əks-hücumlarda oynayırdılar. Rəqibi öz zonasında saxlaya bildik.
- Bu ab-hava ölkə çempionatında hansı illəri xatırladır?
- Neçə il əvvəl bura 25 min azarkeş gəlmişdi. Meydança və azarkeş amili yaxşı səviyyədə idi. Azarkeş mədəniyyəti də var. Oyunda nalayiq ifadələr səslənmədi.
- Ötənilki heyətlə indiki arasında tempdə fərq var?
- Builki oyunlarımızda sürət yuxarı olur. Topa nəzarət bir az aşağıdı. Mən qarşıya pozitiv baxıram. Bumövsümkü çempionat fərqlidi. Futbolçular çempionata uyğunlaşıblar. Biz daha çox işləməliyik.
- 5 oyunluq qələbəsizlik seriyası sizi narahat etmir?
- Bu problem yaradır və xallarımız gedir. Qarşıda da bəlkə xal itkisi olacaq. Bəhlul 8 aydı ki, meydanda yox idi. Milli fasiləsinə kimi yaxşı səviyyəyə gəlmişdi. Bizim əvəzedici komandada oynadı. Sonlara yaxın yorulmuşdu. Sona kimi mübarizə apardı.
- Milli komanda D liqasında qrupda 1-ci yerə sahibləndi. Bunu nə dərəcədə uğurlu sayırsız?
- İlk öncə çempionluqdu. Sən liderliyi hiss edirsənsə, daha da məsuliyyətli olursan. Təbrik eidrəm, halal olsun.
- Komanda 4 oyundu qol vura bilmir. Qışda yeni oyunçu gətirmək planınız varmı?
- Əlimizdə olanları daha yaxşı səviyyəyə gətirməliyik. İlbboyu axtarışlarımız gedir. Heyəti genişləndirmək istəyirik. Bu uğursuzluğu transfer üzərinə atmırıq.
- Kadidə olduqca artıq çəki görünür. Bu məqam sizi narahat etmir?
- Kadi daha da idman formasına düşüb. Fasilə onların idman formasını itirməyə gətirib çıxarır. Bəzi futbolçularımızın oyun sayı az olub. Müsbət çox məqam var. Kadinin də yaxşı epizodları oldu.
- Alışdığımız komandanı görə bilmirik. Sistemin mərkəzində biri olaraq proses hansı istiqamətdə gedir?
- Yaxşıya doğru çox şeylər var. Çempionatı hiss etmək lazımdı. Oyundan-oyuna yaxşıya doğru gedir. Tam istədiyimiz də alınmır. Daha çox çalışmalıyıq.
- Bu mövsüm əvvəlki illərə nisbətən daha çox transferlərə pul xərcləndi….
- Biz yeni kollektivik. Nəticələrimiz ürəkaçan deyil. Rəqiblərim bizə qarşı hazırlaşması mənim üçün maraqlıdı. İstər-istəməz bizə də həyəcan verir. Get-gedə bunu aradan qaldıracağıq. Demək olar ki, sıfırdan başlamışıq. Burda olan futbolçuların göstərdiyi oyun onların hazırki potensialı deyil. Hiss edirəm ki, onlardan əvvəllər çempionluq tələb olunmuyub. Hücumçularımız bura gələndə onların performası çox aşağı idi. Mübarizəyə hazır deyildilər. Çempionatda çox dəyişikliklər olub. "Soyuq duş" hələ də davam edir.
ƏSƏD SEYİDOV
"Futbolçuların göstərdiyi oyun onların hazırki potensialı deyil" - Qurban Qurbanov
Ölkə futbolu / Manşet





