Maraqlıdı, Tovuz təmsilçisinin rəsmi saytının fəaliyyətə başlamasına nə mane olur? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Hazırda kiçik bir problem var. O da aradan qaldırılmalıdı. Bizdə bu işləri görən şirkət var. Konkret bir gün deyə bilmirəm. Çünki bəzi səbəblərə görə müddət uzanır. Amma hazırda son tamamlama işləri görülür. Nə vaxta tam hazır olacağı məlum deyil. Böyük ehtimalla oktyabrın ortalarına saytımız istifadəyə veriləcək”.
ŞAİR ABDULLA






