İspaniyadan İngiltərəyə üz tutdu

25.07.2025 17:26 39
Dünya futbolu
“Atletiko”dan ayrılan Reynildo Mandavanın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, mozambikli müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.

Növbəti mövsümdə premyer-liqada çıxış edəcək “Sanderlend” azad agent statusunda olan Reynildo ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı  Mandava ötən mövsüm “Atletiko”nun heyətində 30 matçda meydana çıxıb.