Orye İspaniyadan İngiltərəyə qayıtdı

13.09.2022 15:11 300
Dünya futbolu
Serj Oryenin yeni klubu müəyyənləşib. O, İspaniyadan İngiltərəyə qayıdıb.

Football-plus.az xəbər verir ki, Orye bu yay premyer-liqaya qayıdandan sonra transferlərdən doymayan “Nottingem Forest”ə qoşulub. 29 yaşlı müdafiəçi İngiltərə klubunun 22-ci yeni oyunçusu olub. O, yeni komandasına azad agent statusu ilə keçib.

Serj son mövsümdə “Vilyarreal”da çıxış edib. La Liqada meydana çıxdığı 19 oyunda 1 məhsuldar ötürmə verib. O, daha əvvəl “Lans”, “Tuluza”, PSJ və “Tottenhem”in formasını geyib.