"Neftçi"dən ayrılan Robert Bauerin yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, almaniyalı müdafiəçi karyerasını Taylandda davam etdirəcək.
O, "Buriram Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Xatırladaqki, Robert Bauer 2024/25 mövsümündə "Neftçi"də oynayıb və 15 matçda çıxış edib.