"Neftçi"dən ayrılan futbolçunun yeni klubu məlum oldu

20.12.2023 12:13 192
Dünya futbolu
"Neftçi"dən ayrılan Kenni Sayefin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı vinger karyerasını İsraildə davam etdirəcək.

İsrail əsilli amerikalı ön xətt oyunçusu Hayfa "Makkabi"sinə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.